banner
banner

Gündəm

Vidadi Zeynalovun məhkəməsində mübahisə düşdü- 43 milyonluq əmlaka görə

Vidadi Zeynalovun məhkəməsində mübahisə düşdü-
Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) 11 keçmiş əməkdaşının cinayət işi üzrə növbəti məhkəmə prosesi baş tutmayıb. Buna səbəb şahidlərin məhkəməyə gəlməməsi olub. 
 
Musavat.com xəbər verir ki, hakim Əfqan Hacıyevin bildirib ki, şahidlər telefonları söndürüblər və onlarla əlaqə saxlamaq mümkün olmur.
 
Hakim qeyd edib ki, həmin şəxslər barəsində məcburi gətirilmə qərarı çıxarılıb.
 
Prosesin təxirə salındığını bildirən Ə.Hacıyev vəkillərə əlavə şahidlərin də gətirilməsi ilə bağlı məhkəməyə müraciət edə biləcəklərini xatırladıb.
 
Məhkəmə prosesindən əvvəl Vidadi Zeynalovun vəkili ilə "Aztelekom" MMC-nin sabiq rəhbəri Məmməd Məhəmmədovun vəkilləri arasında mübahisə yaranıb. Mübahisəyə səbəb bir neçə gün əvvəl Vidadi Zeynalovun üzərinə həbs qoyulan ümumi dəyəri 43 milyondan çox olan 67 əmlakının siyahısının Musavat.com saytında dərc edilməsi olub. V.Zeynalovun vəkilləri həmin məlumatın Məmməd Məhəmmədovun vəkili Şahin Rəfiyev vasitəsi ilə mətbuata çıxarıldığını iddia ediblər. 
 
Növbəti məhkəmə prosesi fevralın 8-na təyin edilib.
 
Qeyd edək ki, ittihama görə, Vidadi Zeynalov da daxil olmaqla, məhkəmə qarşısına çıxarılan 11 nəfər ümumilikdə 153 milyon 143 min manatlıq mənimsəmə və israf etmədə təqsirli bilinirlər. Cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıqların alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə olunub.
cia.az 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.