Cənubi Afrikada yerləşən Malavi Respublikasının Ali Məhkəməsi müğənni Madonnanın iki uşağı övladlığa götürməsi barədə qərar qəbul edib.
Bir müddət əvvəl ifaçının iki əkiz qız uşağını himayə etməsi barədə məhkəməyə müraciət etməsinə müsbət cavab gəlib. Dövlət uşaqların sənətçiyə verilməsi barədə qərar çıxarıb.
Qeyd edək ki, Madonna bundan əvvəl adıçəkilən ölkədən 2008-ci ildə Devid Banda adlı bir oğlan, 2009-cu ildə Mersi Ceyms adlı bir qızı götürüb saxlayır. Müğənninin özünün isə Ludres adlı qızı, Rokko adlı oğlu var.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.