banner
banner

Sosİal

Bakının bir neçə rayonunda qaz olmayacaq

Bakının bir neçə rayonunda qaz olmayacaq

Bakı şəhəri Nəsimi və Yasamal rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətindən verilən məlumata görə, abonentlərin təbii qaza olan təlabatının təmin edilməsi məqsədi ilə diametri 325 mm-lik orta təzyiqli qaz xəttində aşkar edilmiş qaz sızmasının ləğv edilməsi ilə bağlı nəzərdə tutulan işlərin icrası ilə əlaqədar sabah saat 09:30 dan 18:00-dək Nəsimi və Yasamal rayonlarının bir hissəsinin qaz təchizatında məhdudiyyətlər yaranacaq.

Aparılan işlərin Binəqədi rayonu Biləcəri qəsəbəsinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Bildirilir ki, aparılan işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq.

"Azəriqaz" İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.