banner
banner

Sosİal

Marketlərdə farş ətdən 3-4 manat ucuzdur: Tərkibinə nə qatılır? - VİDEO

Marketlərdə farş ətdən 3-4 manat ucuzdur:

Ətin 1 kiloqramı 14 manat 49 qəpik və 11 manat 29 qəpikdən təklif edilir.

Çəkilmişinin kiloqramı isə uyğun olaraq 10 manat 79 qəpik və 8 manat 99 qəpikdır. Paytaxtdakı bəzi supermarketlərdə çəkilmişi, ətin özündən 3-4 manat ucuzdur. Halbuki, farş ət sümüksüz və hazır olduğundan ətin özündən baha olmalıdır.

Sakinlərin bu məsələ ilə bağlı fikri birmənalı deyil.  Qəssablar da çəkilmiş məhsulun ətin özündən baha olmasını normal hesab etmirlər.

Dövlət Baytarlıq Nəzarəti Xidmətindən isə bildirildi ki, ətin özündən ucuz olan çəkilmiş məhsulda əlavə hansısa qatqı ola bilər. Yaxud da mənşəyi bəlli olmayan ət də ola bilər.

Mövcud  qaydalara görə, ət yalnız alıcının, yaxud da  baytar həkimin yanında sümükdən ayrılıb  çəkilə  bilər. Bununla  yanaşı, çəkilmiş ətin baytarlıq arayışı da olmalıdır. Həmin sənəddə nə əti olması və hansı səbəbdən çəkilməsi göstərilməlidir. Qurumdan məsləhət görüldü ki, çəkilmiş ət alan vətəndaşlar mütləq həmin arayışı satıcıdan tələb etsinlər.

 

 
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.