banner
banner

Gündəm

Radikal dindarların aktivləşməsində Eldar Mahmudov izi

Radikal dindarların aktivləşməsində Eldar Mahmudov izi
Son 4 ayda Azərbaycanda 9 terrorçu məhv edilib. Daha dəqiqi, onlara qarşı əməliyyat keçirilərkən hüquq-mühafizə orqanları əməkdaşlarına müqavimət göstərdikləri üçün bu şəxslər yerindəcə zərərsizləşdirilib. 

Dünyada yüksəlməkdə olan terror təhdidləri fonunda ölkəmizə qarşı da bu yöndə hədələr artmaqdadır. Bəzən internet üzərindən ölkəmizə yönəlik hədə dolu videomüraciətlər də yayılır. 2 ay ərzində bir neçə belə video paylaşılıb. Bu hədələrin məqsədi, arxasında hansı niyyətlərin dayanması haqda sabiq təhlükəsizlik xidməti polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayılın fikirlərini təqdim etmişdik. Ekspert bildirmişdi ki, Azərbaycan böyük mənada terrorçuların hədəfində deyil, amma beynəlxalq terror təşkilatları bir qayda olaraq müsəlman ölkələrinin hamısını hədəfə götürürlər... 
 
Maraqlıdır ki, 2016-cı ildə Eldar Mahmudovun ləğv edilmiş MTN-ə rəhbərlik etdiyi 11 il ərzində Azərbaycanda bu qədər terrorçu zərərsizləşdirilməmişdi. Bununla bağlı müxtəlif fikirlər səsləndirilsə də, əldə etdiyimiz məlumatlar onu deməyə əsas verir ki, sabiq nazir bir çox sahələri nəzarətinə alıb pul qazandığı kimi, vəhhabi amilindən də ciblərini doldurmaq üçün istifadə edib. 
 
Bunun üçün çox maraqlı iş üslubu seçilib. Vəhhabilərin pullarını almaqla özlərini də təsir altına sala biliblər. Vəhhabi qrupları və bu qruplara üzv olan şəxslərlə bağlı ətraflı informasiya toplayan E. Mahmudovun dəstəsi əsasən onların toplantı və tədbirlərində yeni-yeni görünməyə başlayan gəncləri həbs edib. 
 
Bundan sonra həmin şəxsin ailə üzvləri, qohumları ilə əlaqə yaradıb vəziyyətin pis olduğunu deyiblər. “Yuxarıların” istədiyi pulu ödəməsələr, övladlarının uzunmüddətli həbsə göndəriləcəyini söyləyiblər. Beləcə, vəhhabilərin həm pulları əllərindən alınıb, həm də özləri “mahmudovçu”ların nəzarəti altına düşüblər. Vəhhabi qruplarına rəhbərlik edən şəxsləri də həbs etməməklə nəzarət altında saxlayıblar. 
 
Image result for Milli Təhlükəsizlik nazirliyi əməliyyat dindarlar
 
Zaman-zaman mətbuatda MTN-in sabiq rəhbərliyinin gizli silahı - radikal vəhhabilərlə bağlantıları barədə məlumatlar geniş yer aldığından bu mövzu üzərində çox dayanmaq istəmirik...
 
Bir maraqlı məqamı da qeyd edək: Mətbuatda əvvəllər yazıldığı kimi, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbov da vəhhabidir. Merin oğlu Azərbaycandakı vəhhabilərin əsas sponsoru rolunu da oynayıb. Təbii ki, bunu E.Mahmudov da bilməmiş olmayıb. H.Abutalıbovun oğlunu nəzarətdə saxlayıb, öz adamlarını onun yaxın ətrafına yerləşdirməklə daha radikal düşüncəli dindaşları ilə yaxınlığı, radikal təriqətə maliyyə yardımının göstərilməsi “təmin” edilib.
 
Image result for Hacıbala Abutalıbov
 
Oğul Abutalıbov xirtdəyə qədər zibilə batandan sonra isə bütün faktlar, sübutlar Hacıbala Abutalıbovun masasının üzərinə qoyulub. Bu əməliyyatdan sonra Bakı meri Eldar Mahmudovun təsir dairəsinə düşüb, onun şirkətlərinə şəhərin mərkəzində çoxmərtəbəli binalar tikmək üçün icazələr verilib.  
 
Oxşar əməliyyatlar digər məmurlara qarşı da keçirilib və bu əməliyyatlar əksərən sabiq nazirin və ətrafının varlanmasına xidmət edib. İşin gedişində vəhhabilərin özləri də nəzarət altına alınıblar. 
 
Related image
 
Gerçək təhlükə mənbəyi olan radikal dini cərəyanın ölkədaxili artımını maliyyələşdirən və Mahmudovun çətiri altında, ən müxtəlif bizneslərdə onunla ortaq olan vəhhabilərin biznes şəbəkələrinə isə  “yaşıl işıq” yandırılıb. Sadalananlar böyük bir prosesin - dini müxalifəti nəzarətdə saxlamaq adı ilə bu sferada törədilən özbaşınalıqların epizodik hallarıdır. Lakin bunlar belə  Mahmudov çetesi tərəfindən radikal cərəyanlarla mübarizə əvəzinə, onlardan məmurları ovlamaq üçün tələ kimi istifadə etdiyinin bir nümunəsidir. Digər tərəfdən də, bu faktlar Mahmudovun radikallarla əlaqələrinin  haralara qədər gedib çıxdığını göstərir. Ən başlıcası isə Eldar Mahmudov bu gün azadlıqdadır və onunla biznes ortaqlığı olan vəhhabilərlə əlaqələri də qalmaqdadır. 

Mümkündür ki, ölkəmizə qarşı atılan addımlarda, vəhhabilərin radikallaşmasında, bir-birinin ardınca hədə videoları yaymalarında Mahmudov faktoru da rol alır. 

Image result for Azərbaycanda Vəhhabilər

Azərbaycan böyük mənada terror təşkilatlarının hədəfində deyilsə, onda son vaxtlar bir qrup vəhhabinin aktivləşməsinin digər səbəbləri üzərində düşünməyə dəyər. Sirr deyil ki, Eldar Mahmudov özünü həbsdən sığortalamaq üçün bütün imkanlarından istifadə etməyə çalışıb. Mümkündür ki, onun sağ əli olmuş general Akif Çovdarov və digər sabiq MTN generallarının məhkəmə prosesinin gedişində Mahmudovun həbsi məsələsi yenidən gündəmə gəlib və bunun üçün əsaslar yaranıb. Güman edilir ki, Eldar Mahmudov bu dəfə əlaqələri olan radikal islamçıları hərəkətləndirərək, hakimiyyət dairələrinə “mənim əmrimə tabe olan xeyli radikal vəhhabi var, problem yarada bilərəm” mesajını ötürmək və bu vasitə ilə növbəti dəfə həbs təhlükəsini önləmək cəhdi edir. 




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.