“Cənab prezident nə vaxt məsləhət bilsə, komandanı dəyişəcək”
Ötən ilin 26 sentybrında keçirilən Referendumdan sonra hökumət strukturlarında gözlənilən dəyişikliklərlə bağlı müzakirələr davam etməkdədir. Bəzi millət vəkilləri referendumdan sonra ölkədə böyük islahatların həyata keçiriləcəyi anonsunu verirlər. Lakin referendumun üstündən bir neçə ay keçməsinə baxmayaraq, struktur dəyişiliklərinə hələlik start verilməyib.
YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov məsələ ilə bağlı Modern.az-a danışıb.
“Struktur dəyişiklikləri ilə bağlı onu deyə bilərəm ki, cənab prezident tərəfindən xüsusilə, iqtisadi, maliyyə, bank sistemi sahəsi ilə əlaqədar müxtəlif dəyişikliklər həyata keçirilir. Ümumilikdə isə dövlət strukturunda konkret olaraq elə bir dəyişiklik yoxdur. Bu səlahiyyət cənab prezidentə məxsusdur. Nə vaxt məsləhət biləcəksə, struktur islahatları da həyata keçiriləcək”.
Siyavuş Novruzov bəzi deputatların struktur dəyişikliləri ilə bağlı mətbuata verdikləri açıqlamalara münasibət bildirib.
“Biri deyir ki, komanda dəyişəcək, o birisi deyir ki, vitse-prezidentlər mart ayında təyin olunacaq. Digər birisi də başqa fikir söyləyir. Bu fikirlərin söylənilməsində məqsəd özlərini mətbuatın gündəmində saxlamaqdan başqa bir şey deyil. Komandaya rəhbərliyi cənab prezident edir. Cənab prezident nə vaxt məsləhət biləcəksə, komandanı dəyişəcək. Bildiyiniz kimi, hər seçkidən sonra Nazirlər Kabineti, hökumət buraxılır. Müəyyən dəyişikliklər olur. Cənab prezident ya kimisə vəzifəyə təyin edir, ya da kiminsə yerini dəyişir. Çünki konstitsion səlahiyyət prezidentə aiddir. O cümlədən, də vitse-prezidentlərin təyinatı məsələsi. Nə vaxt və kimi təyin edəcək tipli məsələlər prezidentin səlahiyyətindədir. Prezident gəlib həmin şəxslə məsləhətləşmir ki, “ayın neçəsi kimi vəzifəyə təyin edəcəyimlə bağlı mənə məsləhət ver”. Bunların hamısı ondan ibarətdir ki, bəzi insanlar adının hallanmasını çox istəyir. Digər hissəsi də sadəcə gündəmdə qalmağa can atdığı üçün danışır”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.