banner
banner

Gündəm

Lənkəranskinin dəstəsi istintaqla sövdələşməyə gedib - VİDEO

Lənkəranskinin dəstəsi istintaqla sövdələşməyə gedib -

Nijni Tagil məhkəməsinin mərhum “qanuni oğru” Rövşən Lənkəranskinin (Rövşən Canıyev) dəstə üzvlərinin həbsdən buraxılmasının səbəbi məlum olub. Quldur basqınında və zorakılıqda şübhəli bilinənlərə qarşı belə humanitar münasibətə səbəb istintaqla sövdələşmələridir.

Mənbə bildirib ki, dəstə üzvləri zorakılıqla bağlı 5 epizod üzrə etirafedici ifadə veriblər. Onlar göstəriblər ki, sahibkarlardan müxtəlif məbləğlərdə - 15 mindən 220 min rubla qədər pul "qoparıblar” .

Məhkəmə bunu diqqətə alaraq qruplaşmanın 5 üzvünə qarşı həbs qətimkan tədbirini dəyişib. Bunlar 47 yaşlı Q. Xıdır, 22 yaşlı İ. İlkin 23 yaşlı M.Orxan, 23 yaşlı M.Asim və 30 yaşlı B.Telmandır.

Onlar hazırda ev dustaqlığındadır. Qeyd edək ki, istintaq əvvəlcə dəstəni 30-dan çox cinayətdə iştirakçı hesab edirdi.

2016-cı il avqustun 4-də güc strukturları ötən ilin yayında İstanbulda öldürülən, əvvəllər “qanuni oğru” Rövşən Lənkəranskinin himayəçiliyi altında fəaliyyət göstərən dəstənin 30 üzvünü saxlayıb.

Sonda onlardan yalnız 5 nəfəri barəsində həbs qətimkan tədbiri seçilib, biri ev dustağı edilib. 

Müstəntiqlərin sözlərinə görə, darmadağın edilən qruplaşma 90-cı illərin formasında fəaliyyət göstərib. Onlar “qanuni oğru” Rövşən Lənkəranskinin adından istifadə edərək yerli iş adamlarından pul tələb ediblər.

Bundan əlavə, Rövşən Lənkəranskinin dəstəsi oğurlanmış maşınların satılması ilə məşğul olub. Qruplaşmanın qərargahı və “haqq-hesab” çürütmək yeri Nijni Tagilin Çilovski küçəsindəki “Next” serb mətbəxi kafesi olub.

  

VIDEO
 
 Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.