Sabah paytaxtın bəzi ərazilərinə təbii qaz verilməsində məhdudiyyətlər olacaq.Cia.az saytı xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Məlumata görə, sabah səhər saat 09:00-dan 17:00-dək Bakının Xətai rayonunun Sarayevo, Q.Nəbi, M.Rüstəm, Cavanşir, Sadıqcan, M.Hadi, S.Ə.Şirvani, Mehmandarov, Şıxlınski küçələrində, Gəncə prospekti və Zığ yolu ətrafının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Buna səbəb Xətai rayonu, Aşıq Ələsgər küçəsi 17 ünvanında yerləşən “Şərq-Qərb Mülk” MTK-ya məxsus 408 mənzilli yaşayış binasının qazanxanasına təbii qazın verilməsi ilə bağlı, yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsidir.
“Azəriqaz” İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.