Özünü Coli ilə müqayisə etdi: "Bir ondadır, bir də məndə"
Model Demet Şener İnstaqramda maraqlı paylaşım edib.
Məlumatına görə, model alnındakı damara görə çox sual olunduğundan Ancelina Coli və öz şəklini kollaj edərək, social media hesabında yerləşdirib. Demetin fotonun altından yazdığı status maraq doğurub:
“Çox xahiş edirəm, artıq alnımdakı damarla bağlı heç nə deməyin. Bir Ancelinada var, bir də məndə. Bununla bağlı əlimdən heç nə gəlmir”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.