banner
banner

Sosİal

Bu gündən icbari tibbi müayinə başlayır

Bu gündən icbari tibbi müayinə başlayır

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən 2014-cü ildən əhali pulsuz tibbi müayinədən keçirilir. Hər il respublikanın 18 yaşdan yuxarı əhalisinin mütləq əksəriyyəti tibbi müayinədən keçirilir, ehtiyacı olanlar ambulator və stasionar müalicəyə cəlb edilir, zərurət yarandıqda ixtisaslaşmış tibb müəssisələrinə göndərilirlər.


Növbəti tibbi müayinə 2017-ci il fevralın 15-dən mayın 15-dək ölkənin bütün yaşayış məntəqələri üzrə tibb müəssisələrində keçiriləcək. Bu mühüm tədbirin yüksək səviyyədə təşkili üçün şəhər və rayon icra hakimiyyətləri səhiyyə orqanları ilə birgə bütün təşkilati işləri həyata keçirəcək, əhali arasında izahat-maarifləndirmə işi aparılmaqla vətəndaşların əhatəli şəkildə tibbi müayinəyə cəlb olunmaları üçün zəruri tədbirlər görüləcək.


Maraqlıdır, bəs tibb müəssisələri pulsuz tibbi müayinəyə hazırdırmı?

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bunun pulsuz tibbi müayinə olmadığını və yanlış yazıldığını dedi: “Bu 2014-ci ildən bəri hər il 3 ay ərzində keçirilən İcbari tibbi müayinədir. Jurnalistlər yazır ki, bu pulsuz müayinədir. Əgər bu dövlət təşkil edirsə, onsuzda dövlət xəstəxanaları pulsuzdur. Sadəcə olaraq bu zaman həkimlər, sahə həkimləri 18 yaşdan yuxarı hər kəsə zəng edib məcburi olaraq tibbi müayinəyə çağırırlar”.

Tibb elmləri, professor Adil Qeybulla bildirdi ki, özəl tibb müəssisələrinə bu cür pulsuz müayinələr təşkil edilə bilməz: “Səhiyyə Nazirliyi belə bir bəyanat vermişdi ki, dövlət xəstəxanalarında müayinə, müalicə pulsuzdur. Həmçinin xəstələr 160 adda dərmanla təmin olunur. Doğrudan da Bakı şəhərində yerləşən səhiyyə müəssisələrinin böyük əksəriyyətində təmirlər aparılıb, az çox maddi texniki baza ilə təmin olunub. Özəl tibb müəssisələrinə bu cür pulsuz müayinələr təşkil edilə bilməz. Bu kommersiyaya müdaxilə deməkdir. Tarif şurasının qərarından sonra dərmanların durumu bizə bəllidir. Amma dövlət xəstəxanalarında müayinə və müalicənin pulsuz olması məcburidir. Bu nə dərəcədə təmin olunur başqa məsələdir”.


Qeyd edək ki, nikaha daxil olmaq istəyən şəxslər də məcburi tibbi müayinədən keçməlidir. Azərbaycanda 2017-ci ilin yanvar ayında nikaha daxil olmaq istəyən 10215 nəfər tibbi müayinədən keçirilib. Səhiyyə Nazirliyinin rəsmi saytında bildirilir ki, ölkədə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan cari ilin yanvar ayının sonuna qədər müayinədən 238.509 nəfər keçib. Nazirlik bəyan edir ki, 1 iyun 2015-ci il - 31 yanvar 2017-cı il tarixlərində müayinələrdən keçmiş şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da, ümumilikdə müayinədən keçən və nikaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu aşkar olunub. Tətbiq olunduğu andan indiyə kimi müayinədən keçmiş 10501 nəfərdə talassemiya daşıyıcılığı, 935 nəfərdə sifilis, 166 nəfərdə isə QİÇS aşkar olunub.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.