Ötən gün Yasamal rayonu, Şərifzadə küçəsi 196 ünvanında çoxmərtəbəli yaşayış binasının üstündə tikilən mansardla bağlı görüntülər sosial şəbəkədə ciddi müzakirələrə səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, binanın mansardının 12 metrlik dəmir listləri yuxarıdan aşağıya tökülüb. Həyətdə olan maşınlara ciddi ziyan dəyib.
Bildirilir ki, binanı “Şazi MTK” tikib. Sakinlər baş verən bu qanunsuzluqla bağlı onların fikirlərinin nəzərə alınmadığını qeyd edirlər. Dəmir listlərin hər hansı bir insanın üstünə düşəcəyi halda isə əsl fəlakət olacağını vurğulayırlar.
“Qafqazinfo” məsələyə aydınlıq gətirmək üçün “Şazi MTK” dan münasibət öyrənmək istəsə də, tikinti şirkətinin əlaqə nömrələrini tapmaq mümkün olmayıb.
Yasamal rayon icra hakimiyyətinin təsərrüfat şöbəsindən isə “Qafqazinfo” ya bildirdilər ki, yeni tikililər icra hakimiyyətinin balansında deyil: “Ona görə də biz məsələyə müdaxilə edə bilmərik. Binanı tikən şirkətlə əlaqə saxlamaq lazımdır”.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.