banner
banner

Şou

Tanınmış müğənni evindən cadu tapdı

Tanınmış müğənni evindən cadu tapdı

Müğənni Mətanət Əsədova növbəti dəfə evindən cadu tapıb. lent.az-ın məlumatına görə, “APA TV”-də aparıcı Yalçın Uğurun təqdimatında yayımlanan “Show time” verilişində qonaq olan ifaçı deyib ki, artıq bu cadunun kim tərəfindən edildiyi də ona məlumdur:

 

“Mənim başıma nələr gəlməyib. Götürək elə “İnstagram”ı. Elə bilirsiniz ki, orada mənə rəy yazan tamaşaçıdı? Qurana əl basaram ki, bu musiqi aləminin işidir. Başqa bir ad, şəkillə girib yazırlar. Nə vaxta qədər bu paxıllıq olacaq? Məndə niyə paxıllıq yoxdur? Çünki Allah gözəl surət, ürək, səs verib. Niyə paxıl olmalıyam ki? Çünki kəsirim yoxdur. O gün evimdən daha bir cadu tapıldı.  Bunu edənin kim olduğunu bilirəm. Aman Allah bu dəhşət idi. Cadunun içində ailə qurduğum insanla mənim adıma rus dilində yazılmış bir yazı, bir də böyük bir qıfıl var idi. O yazının tərcümə halını da bilirəm, orada nə yazıldığını da öyrəndim. Allah onlara ağıl versin”. 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.