Prodüser Tolik və müğənni Şəbnəm Tovuzlunun canlı efirdə Təranə Qumralı 720 manata 1 kiloqram alça aldığına görə tənqid etməsi yeni qalmaqalın əsasını qoyub. Belə ki, müğənni Təranə Qumral həmkarı ilə prodüserin ünvanına sərt fikirlər səsləndirib.
Təranə həmkarı Şəbnəmi çılpaq fotolarını yaymaqla hədələyib: "Bir müddət öncə mətbuat dərc etdi ki, qadın alveri üstündə Şəbnəmi tutublar. Bundan danışım? Şəbnəmin məndə bir qəzetlik lüt şəkilləri var. Lazım gələrsə, o şəkilləri sizə təhvil verə bilərəm. O, yetim qızdı, istəmirəm, ona toxunum. Mən faktlarla danışan adamam. Heç kimi topuğumdan yuxarı buraxmıram. Hətta onlardan danışdığıma görə utanıram. Şəbnəmin məndə yataqda şəkilləri var. Əsəblərimlə oynamasın. Əgər üstümə gəlməyə davam edərsə, bütün o fotoları yayımlayacağam. Getsin, özündən danışsın. Başqasının ərindən kəbinlə uşaq doğan adamdır. Bu boyda ayıbı olan insan Təranədən danışır? 25 ildir ki, Musayla ailəliyəm, mənim arxamda ərim var. Kimin sözü varsa, qarşıma çıxsın. Əlimdə faktlar da var”. (metbuat.az)
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.