Oğlunun alimentini ödəmədi, özünə 7 milyonluq ev aldı
Aparıcı Ece Erkenin keçmiş həyat yoldaşı, iş adamı Serkan Uçar başladığı yeni fotosu ilə tənqid olunub.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Eceden olan 2 yaşlı oğluna ayda 4 min lirə ödəməyən Serkan Nyu-Yorkdakı göydələnlərdən birində özünə yeni ev alıb.
57-ci mərtəbədə yerləşən mənzilə Uçar 7 milyon lirə verib. Bu azmış kimi, həmin evi lüks təmir etdirən biznesmen onun fotosunu sosial media hesabında yerləşdirib.
“Yeni ev, yeni mənzərə” qeydi ilə paylaşdığı şəklini izləyicilər bəyənməyib. Onlar oğluna pul ayırmağa əli gəlməyən Serkanı pis ata olmaqda günahlandırıblar.
Qeyd edək ki, E.Erkenlə S.Uçar 2014-cü ildə ailə qurub. Cütlük 2015-ci ilin noyabrda oğulları dünyaya gəldikdən sonra ayrılıb. İkili boşanma zamanı bir-birlərinə qarşı ağır ittihamlar səsləndirib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.