banner
banner

Gündəm

Bakıda saat 17:00-dan sonra bu yollar bağlanır - SİYAHI

Bakıda saat 17:00-dan sonra bu yollar bağlanır -

Bu gün IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi ilə əlaqədar artıq saat 17:00-dan başlayaraq Bakıda bir sıra yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq, istiqamət dəyişdiriləcək.

Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov məlumat verib.

V.Əsədov qeyd edib ki, avtomobillərin hərəkəti ilə bağlı bu tədbir İslam Həmrəylik Oyunları ilə əlaqədar təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təmin edilməsi məqsədilə planlaşdırılıb.

 

V.Əsədov bildirib: "Azneft" meydanı, Neftçilər prospekti, Y.Səfərov küçəsi, Heydər Əliyev prospektindən Sabunçu dairəsinədək olan hissə, eləcə də bu əraziyə bitişik, kəsişən, paralel yollar üzrə hərəkət məhdudlaşdırılacaq, istiqamət dəyişdiriləcək. Qismən və fasilələrlə Bakı-Salyan yolunun 14-cü kilometrliyindən 3-cü kənar yol istiqamətində, 20 Yanvar dairəsi adlanan ərazidə də hərəkət istiqaməti dəyişdiriləcək. Hava limanı istiqamətinə, Bakının kənd və qəsəbələrə hərəkət edənlər isə bu gün Bakı-Hövsan, Balaxanı-Zabrat- Maştağa istiqaməti üzrə hərəkət edə bilərlər. IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi zamanı tamaşaçılar saat 18.00-dan 21.00-dək, bağlanma mərasimi zamanı isə tamaşaçılar saat 17.00-dan 20.00-dək 3 ekspress xətt üzrə seçilmiş istiqamətlərdən - metronun "20 Yanvar", "Gəncllik", "Qara Qarayev" stansiyalarından Bakı Olimpiada stadionuna çatdırılacaq.

 

Mərasim bitdikdən sonra isə stadiondan tamaşaçılar 3 ekspress xətt üzrə seçilmiş istiqamətlərdə - metronun "20 Yanvar", "Gənclik" və "Qara Qarayev" stansiyalarına daşınacaq. Metronun "Qara Qaryev" stansiyasından X1, "Gənclik" stansiyasından X2 və "20 Yanvar" stansiyasından X3 ekspress avtobusları Bakı Olimpiada stadionuna tamaşaçıları daşıyacaq".

 

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi paytaxt sürücülərinə İslamiadanın açılış mərasiminin keçirilməsi ilə əlaqədar təhlükəsizliyin təmin edilməsi məqsədilə bir sıra küçə və prospektlərdə hərəkətin məhdudlaşdırılması, eləcə də istiqamətinin dəyişdirilməsini nəzərə alaraq şəxsi avtomobillərdən istifadə etməmələrini tövsiyyə edib.

cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.