İngiltərədə insan bədənindəki xallarla bağlı yeni araşdırma aparılıb. İtaliyanın "La Repubblica" qəzetində yer alan məlumata görə, London Kral Universitetindən bir qrup insanın Sindi Krouford, Yeva Mendez və Merlin Monro kimi əfsanəvi ulduzların gözəlliklərinin simvolu sayılan xallar barədə araşdırmasına 1200 əkiz qadın qatılıb. Eksperimentə qatılan qadınlar 18-79 yaş arasında olub.
Nəticədə yüzdən artıq xalı olan insanların əzələləri daha möhkəm, ürəkləri və gözlərinin daha sağlam olduğu üzə çıxıb. Elm adamları bu insanların öz yaşıdlarından ən az 7 yaş daha gənc göründüyünü aydınlaşdırıb. Bundan əlavə xalları çox olan insanların sümükləri də normadan daha möhkəm olur.
Qeyd edək ki, adətən insanlarda 30-40 xal ola bilir. Ancaq bəzi insanlarda onların sayı 600-ə kimi çata bilər. Cia,az
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.