banner
banner

Sosİal

Bakıda sərnişinlər pulsuz daşınacaq

Bakıda sərnişinlər pulsuz daşınacaq

“Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi günü tamaşaçıların elektrik qatarları ilə ödənişsiz daşınması təmin ediləcək. Cia.az xəbər verir ki, axşam saat 18:00-dan 20:00-a kimi Bakı sərnişin stansiyasından "Koroğlu" dayanacağına 30 dəqiqədən bir qatar işləyəcək.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın sözlərinə görə, 22 may tarixində keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə gedən tamaşaçılar üçün, Bakı sərnişin stansiyasından "Koroğlu" dayanacağına və əks istiqamətdə qatar xidməti göstəriləcək.

 

Belə ki, axşam saat 18:00-dan 20:00-a kimi Bakı sərnişin stansiyasından "Koroğlu" dayanacağına 30 dəqiqədən bir qatar işləyəcək. Mərasim başa çatandan sonra — axşam saat 23:30-dan gecə saat 01:30-a kimi izləyicilərin "Koroğlu" dayanacağından Bakı sərnişin stansiyası, Biləcəri, Xırdalan və Sumqayıt istiqamətində "KİSS" markalı ikimərtəbəli elektrik qatarları ilə ödənişsiz daşınması təmin ediləcək.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.