banner
banner

Gündəm

Pullu yol gələn il istifadəyə veriləcək

Pullu yol gələn il istifadəyə veriləcək

Ələt-Astara magistralına alternativ çəkilən 4 zolaqlı yeni yol bu ilin sonuna kimi istifadəyə veriləcək. Cia.az “Xəzər xəbər”ə istinadən xəbər verir ki, uzunluğu 204 km olan və hazırda istifadə edilən yolu 40 km qısaldan bu yolda işlərin böyük hissəsi yekunlaşdırılıb və bəzi ərazilərdə asfaltlanma işləri aparılır.

Yolun gələn il istifadəyə veriləcək 50 km-lik hissəsi Salyan rayonu Şorsulu qəsəbəsi ərazisinə düşür. Müvəqqəti olaraq sürücülər hazırda isitfadə edilən yoldan keçməklə yenidən bu magistrala çıxa biləcəklər.

İki gediş və iki gəliş zolaqından ibarət olacaq yola hər hansı maneənin çıxmasının qarşısını almaq məqsədilə yol boyu 55 əsas kənd və qəsəbələrdən keçən hissədə körpü və birləşmələr inşa edilib.

Yeni çəkilən yol Ələt-Astara yoluna alternativ olacaq və yolun pullu olması nəzərdə tutulur. Bununla bağlı Nazirlər Kabtinetinə təklif göndərilib. Qəbul edilərsə, nəqliyyat vasitələrinin növünə görə rüsum da fərqli olacaq.

Pullu yol istifadəyə verildikdən sonra hazırda istifadə edilən biri gəliş, biri gediş olmaqla 2 zolaqlı yol da təmir ediləcək və alternativ yol kimi istifadəyə veriləcək. Onu da vurğulayaq ki, hazırda istifadə edilən yol ensiz olduğundan burada tez-tez ölümlə nəticələnən qəzalar baş verir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.