banner
banner

Sosİal

Azərbaycanda yaşayan əcnəbi sürücülərə şad xəbər

Azərbaycanda yaşayan əcnəbi sürücülərə şad xəbər

Nazirlər Kabineti (NK) "Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamənin və Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə" 1999-cu il 15 mart tarixli 41 nömrəli qərara dəyişiklik edib.

Trend-in məlumatına görə, yeni dəyişikliklə əsasən, qərarın 3.10-cu bəndinin"Qeyd"i ləğv edilib. Əvvəlki varianta əsasən, Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs sürücülük vəsiqəsini dəyişdirərkən onun həmin sürücülük vəsiqəsinin notarial qaydada tərcümə edilmiş variantını təqdim etməli idi. Yeni dəyişikliyə görə isə həmin hissə ləğv edilib.

Yeni dəyişikliyə görə, Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs sürücülük vəsiqəsini dəyişdirdikdə, Dövlət Miqrasiya Xidmətindən aldığı icazə vərəqəsinin surətinin notarial qaydada təsdiq edilmiş surəti təqdim edilməlidir.

Dəyişikliyi şərh edən ekspert Ərşad Hüseynov Trend-ə bildirib ki, yeni qaydalara görə, Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs bir aydan artıq Azərbaycan ərazisində yaşayırsa, həmin şəxs sürücülük vəsiqəsini dəyişdirməlidir:

"Yəni, köhnə qərarda bu məsələ yox idi. Digər bir məsələ isə odur ki, Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs sürücülük vəsiqəsini dəyişdirərkən onun həmin sürücülük vəsiqəsinin notarial qaydada tərcümə edilmiş variantını təqdim etməsinə ehtiyac yoxdur. Yəni, həmin şəxs əgər bir aydan artıq Azərbaycan ərazisində yaşayırsa, o həmin vaxt Dövlət Miqrasiya Xidmətindən aldığı icazə vərəqəsinin surətini və sürücülük vəsiqəsini Daxili İşlər Nazirliyinin İmtahan Qeydiyyat Bölməsinə təqdim edib dövlət rüsumunu ödəməklə Azərbaycan Respublikasının sürücülük vəsiqəsini əldə edə bilər. Həmçinin, bu vaxt sürücünün xarici sürücülük vəsiqəsi də özünə qaytarılır".

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.