Bu il də Azərbaycanda “Son zəng” iki dəfə çalınacaq. Xankəndi şəhərində, Şuşada, işğal olunmuş digər ərazilərimizdə mayın 25-də, Bakıda və digər bölgələrimizdə isə iyunun 14-də.
Beləliklə, bu il də öz doğma məktəblərində “Son zəng” sevincini yaşamaq haqqını özlərini məzlum, yazıq və bəxtsiz sayan ermənilər minlərlə azərbaycanlı balalarından peşəkar həyasızlıqla alacaqlar.
Qondarma “Dağlıq Qarabağ Respublikası”nın qondarma elm, təhsil və idman “nazir”i Mikael Ambartsumyanın kütləvi informasiya vasitələrinə verdiyi məlumata görə “DQR”-in 217 ümumtəhsil məktəbində 1979 nəfər 9-cu sinif, 1020 nəfər isə sonuncu sinif məzunu “Son zəng” təntənəsini yaşayacaq. “Nazir”in qeyd etdiyinə görə, “Son zəng” şənliklərinin qarşısının alınması mümkün deyil, cünki bu tədbirləri məzunlar və valideynlər özləri təşkil edirlər. Mikael Ambartsumyan nikbinliklə səsləndirdiyi bu fikrirlərlə dolayısı yolla media nümayəndələrinə çatdırmaq istəyib ki, həm məzunlarda, həm də valideynlərdə böyük ruh yüksəkliyi var. “Nazir”in bu fikirdə qeyri-səmimi olmasını isə ermənilərin digər media qurumları təsdiq edib. “Son zəng” öncəsi müxtəlif KİV-lərə müsahibə verən erməni valideynlər həyat tərzinin çətinliyindən, övladlarının qeyri-müəyyən gələcək talelərindən, müharibənin başlanacağından narahat olduqlarını bildiriblər.
Erməni valideynlərinin haqlı narahatlığını anlamaq o qədər də çətin deyil. O ki, qaldı erməni “nazir”in sərsəmləməsinə, onun qulaqlarının Andranikdən fərqli olaraq kəsilməyinə yox, bir zəng eşitməyinə ehtiyacı var: Azərbaycan ordusunun “Zəfər zəng”inə...
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.