Ötən günlərdə məlumat vermişdik ki, Lənkəranda həkimlərdən birinin həbsi ilə bağlı olduqca qalmaqallı məqamlar üzə çıxıb. JAM.AZ-a verilən məlumatda vurğulanırdı ki, rayonun polis rəisi Möhübbət Hüseynovun hazırladığı plana əsasən həbs olunan İmanverdi Hüseynov üçün böyük pullar xərclənib.
Üzəduranlara 40 min manat «mükafat» verilib?
Maraqlı məqamlardan biri odur ki, Lənkəran polis şöbəsinin rəisi Möhübbət Hüseynov İmanverdi Hüseynovun həbsi üçün xeyli əvvəldən hazırlıq görməklə yanaşı, həm də bunun məsuliyyətini kimin üzərinə qoyacağını da müəyyən edibmiş. Mövzuya keçməmişdən əvvəl polis rəisinin hər yerdə həkimi həbs etdirdiyi üçün pul xərclədiyi barədə dediklərinə diqqət yetirək.
JAM.AZ-a verilən məlumatda vurğulanır ki, polis rəisi hər yerdə İmanverdi Hüseynovun həbsi üçün 40 min manat «xərcə» düşdüyünü deyib. İddialara görə, bu pulun bir qismi üzəduranlara sərf olunub. Hətta onlardan biri Samit Baxşıyevə furqon tipli «Mersedes Benz» markalı maşın hədiyyə edildiyi təsdiqini tapıb.
Əflatun İsmayılova isə nə bağışlandığı məlum olmasa da, böyük ehtimalla bunun pul şəklində olduğu vurğulanır. Amma İmanverdi Hüseynovun həbsi üçün 40 min manat sərf edilməsi reallığı əks etdirmir. Və ya Mözübbət Hüseynov bu rəqəmi hansısa məbləği silmək üçün ortaya atıb.
Günah icra başçısının müavinini üzərində necə atılıb?
Bir digər maraqlı məqam isə odur ki, Möhübbət Hüseynovun həkimi həbs etdirməmişdən əvvəl bəxti çəkib. Çünki bui şin məsuliyyəti bilavasitə onun üzərində qalacaqdı ki, qanının arasına sentyabrın 27-də baş vermiş bir olay girib.
JAM.AZ xəbər verir ki, qeyd olunan gün Lənkəran Təcili Tibbi Yardım Stansiyasına zəng daxil olur və şəhərdə ağır vəziyyətdə xəstə olduğu bildirilir. Həmin gün növbədə olan İmanverdi Hüseynov ambulansla ünvana gəlir və xəstəyə ilk tibbi yardım göstərir. Lakin bu zaman binanın qarşısında mübahisə yaranır və dava düşür. Nəticədə, sözügedən həkim döyülür. Və döyən şəxs isə Lənkəran icra başçısının müavini İlqar Dadaşovun qohumu olur.
Məlumatda deyilir ki, müavinini qohumunun davada əlinin olması səbəbindən Möhübbət Hüseynov işi bağlayır və onun araşdırılmasına imkan vermir. Lakin mənbələr bildirir ki, İlşar Dadaşov bununla bağlı ümumiyyətlə, polis rəisindən heç bir xahiş etməyib və bu Hüseynovun şəxsi təşəbbüsü və düşündüyü planı əsasında reallaşdırılıb.
Əslində, polis rəisinin bu planı işə yarayır. Ona görə ki, İmanverdi Hüseynov şərlənərək həbs olunduqdan sonra o, bütün günahın İlqar Dadaşovda olduğunu deməyə başlayır. Bütün rayonda da belə xəbər yaydırır ki, guya, həbsin sifarişini elə Dadaşov verib. Hərçənd bunun mümkün olması inandırıcı deyil. Çünki heç bir icra başçısının müavini belə risqli məsələyə qol qoymaz. Hətta qoymaq istəsə belə bu onun təkbaşına səlahiyyətində olan məsələ deyil.
Aydın məsələdir ki, Möhübbət Hüseynov onun əməllərindən dəfələrlə rəsmi qurumlara şikayət etmiş İmanverdi Hüseynovdan qisasını almaq üçün bu planı qurub. Təəssüf ki, bu prosesdə ona Lənkaran prokurorluğu və məhkəmə də yardımçı olub.
P.S. Qeyd edək ki, Lənkəranın polis rəisi Möhübbət Hüseynov təkcə vətəndaşlara deyil, elə öz işçilərinə də qarşı bu tip mövqedə dayanır. Onun bir müddət əvvəl işdən çıxardığı polis serjantından günlük haqq tələb etməsi və qarşılığını ala bilmədiyindən işdən çıxardığı, habelə Nərimanabad qəsəbəsində 156 ədəd marixuana kolunun 9 ədəd olaraq sənədləşdirilməsi barədə də yaxın günlərdə məlumat verəcəyik.
Qarşı tərəfi də dinləməyə hazırıq.


