banner
banner

Sosİal

“Leş ət” mafiyasını niyə durdurmaq olmur?

“Leş ət” mafiyasını niyə durdurmaq olmur?

“Leş ət” mafiyasına qarşı daha bir əməliyyat baş tutub. 1 tona yaxın at ətini satmaq istəyən iki şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əlinə keçib. Əməliyyat Balakən rayonunda baş tutub. Mənşəyi məlum olmayan külli miqdarda ətin satılması barədə əməliyyat məlumatı daxil olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində rayon sakini Səddam Muradov və qohumu Kənan Göylərov çəkisi 1 tona yaxın mənşəyi məlum olmayan əti satmaq istəyən zaman saxlanılıblar. Saxlanılan şəxslər ifadələrində müvafiq dövlət qurumlarının nəzarətindən kənar at ətinin tədarükü ilə məşğul olduqlarını, Balakən, eləcə də ətraf bölgələrdən əldə etdikləri xəstə və ölü atları kəsərək həmin ətləri mal əti adı altında satmaq istədiklərini bildiriblər.

Kəsilmiş at cəmdəklərindən götürülən nümunələr laborator müayinəyə göndərilib. Ekspert rəyi ilə müəyyən edilib ki, aşkar edilən ət isitifadəyə tam yararsızdır və insan sağlamlığına ciddi təhlükə yarada bilər. Qeyd edilən faktla bağlı toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Baş İdarənin İstintaq Şöbəsinə göndərilib.


Leş at ətini mal əti adı altında satmaq aydındır ki, mümkün deyil. Çünki alıcıların böyük əksəriyyəti mal ətini digər ətlərdən ayıra bilir. Buna görə də tutulanların at ətlərini mal əti adı altında bazarda 1-2 kiloqram şəklində istehlakçılara satmaq niyyətində olmaları inandırıcı görünmür. Çox güman 1 tona yaxın leş, xəstə atların əti kolbasa və sosiska hazırlayan sexlərə gedib çıxacaqdı.


“Azad İstehlakçılar Birliyi”nin (AİB) sədri Eyyub Hüseynov mövzu ilə bağlı qəzetimizə açıqlamalarında dəfələrlə bildirib ki, əsas məsuliyyətə cəlb edilməli şəxslər həmin ətləri sifariş edənlərdir.


AİB sədrinin dediklərindən sitat: “Ən azı müəyyən edə bilərlər ki, tələbkar kimdir. 6-7 ton at-eşşək, murdar, ölmüş heyvanın ətini satandan soruşa bilərlər ki, ay bala, bu qədər at-eşşəyin ətini hara, kimə aparırsan? Bunu niyə soruşmurlar? Soruşurlarsa, niyə tələbkarların cəzalandırılması haqda 1 dənə olsun belə məlumat yoxdur? Olsaydı, yəqin ki, bu gün Azərbaycanda ”leş mafiyası" fəaliyyətini bu qədər şəbəkələşdirib genişləndirə bilməzdi. Atın-eşşəyin cəmdəyi azı 100 kiloqram olur. Bazarda ətin kiloqramı 10-12 manatdır. “Leş mafiyası” ətin kiloqramını 5 manatdan satır. Hər 100 kiloqram ət üçün 500 manat qazanc var. Belə ətin satışına görə cərimə dəfələrlə azdır. 50-100 manat cərimə ödəyib, yenidən qayıdırlar öz işlərinə. Tələbkarlar böyük biznes sahibləridir. Qanunlarda boşluq var. İstehlakçı hüquqlarının qorunmasına dair qanun zəifdir. Qanun deyir ki, istehlakçını 100 manata qədər aldatmaq olar. Yəni it ətini quzu əti adı altında alıcıya sat, bunun üçün məsuliyyət yoxdur. 101 manat oldusa, məsuliyyət var. 10 ton murdar əti 3-5 kiloqram olmaq şərti ilə sata bilərsən. Qanunla bu yaramaz əmələ görə satıcının məsuliyyəti yoxdur. Cərimə də elədir ki, onu asanlıqla ödəyə bilirlər".


Xatırladaq ki, bir müddət əvvəl 1999-cu ildən Gəncə şəhərində fəaliyyət göstərən “Elba 999" MMC-nin anbarında 6 ton murdar, ölmüş atların əti aşkar edilmişdi. Şirkətin bir neçə rayonda filialları, o cümlədən Daşkəsəndə kəsim fabriki var. ”Elba 999" MMC-nin Gəncədə və Bakıda “Has Dönər Haus” dönər şəbəkələri var. Deyilənə görə, həmin dönər məntəqələrində əhaliyə murdar ətdən hazırlanmış yeməklər satılıb. Bu baxımdan, Balakəndə tutulan 1 ton murdar ətin hansı şirkətə aparılmasını da müəyyən etmək vacibdir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.