banner
banner

Sosİal

Şərikli tikilən binada yaşamağın cəzası

Şərikli tikilən binada yaşamağın cəzası

Paytaxtın Binəqədi rayonu, 6-cı mikrorayon Həmzə Babaşov 5 ünvanının sakinləri illərdir mənzil alsalar da, orada rahat yaşaya bilmirlər. Cia.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, aralarında ədavət olan şəriklər tikdikləri binaya laqeyd yanaşırlar. Binanın problemlərinin həll olunmasını biri digərinin üstünə atır.

Sakinlər deyirlər ki, 2014-cü ildə təhvil veriləcəyi bildirilən binada kommunal xidmətlər də daxil olmaqla, bir çox zəruri infrastruktur yarımcıq qalıb.

Hətta problemi qismən həll etmək üçün sakinlərin özləri sayğac üçün pul da yığıblar. Amma yenə də problemləri həll olmur ki, olmur.

Problemin təfərrüatlarını öyrənmək üçün sakinlərlə birlikdə şəriklərin olduqları ofisə yollandıq. Hər iki şərikin nümayəndəsi problemin şəriklər arasındakı anlaşılmazlıqdan qaynaqlandığını və məsələnin yaxın müddətdə həll olunacağına bildirdilər.

Binanı tikənlər problemin həlli ilə bağlı yenidən söz verdilər, bizə isə bu vədin yerinə yetirilib-yetirilməyəcəyini gözləmək qalır.

 Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.