banner
banner

Gündəm

Mübariz Məsimovun Tramp və Ərdoğanla işbiriliyi var? - “Palmali” Şirkətlər Qrupundan RƏSMİ CAVAB

Mübariz Məsimovun Tramp və Ərdoğanla işbiriliyi var? -

Araşdırma Jurnalistikasının Avropa Şəbəkəsi (EİC) Türkiyədə bizneslə məşğul olan Azərbaycan əsilli iş adamı Mübariz Mənsimov haqda gizli məlumatlar dərc edib.

Yeni sənədlər Mənsimovun ABŞ prezidenti Donald Tramp və Türkiyə lideri Ərdoğanla biznes əlaqələrindən bəhs edir.

 

“2008-ci ildə Ərdoğanın ailəsi Mübariz Mənsimovdan 25 milyon dollarlıq neft tankeri hədiyyə alıb. Azərbaycanlı milyarder Ərdoğan iqtidara gəlməzdən 2 il əvvəl bu ölkənin vətəndaşı olmuşdu. O, soyadını çox güman ki, Ərdoğanın təklifi ilə Qurbanoğluna dəyişib. Səxavətli hədiyyədən sonra Mənsimovun işləri uğurla inkişaf edib” – deyə sənəddə qeyd olunur.

 

EİC-in məlumatına görə, Mənsimov 2009-cu ildə Donald Trampın biznes partnyoru olub və İstanbulda inşa olunan Tramp qülləsində bir neçə ofisə investisiya yatırıb. Bundan başqa, Mənsimov Trampın 2017-ci ilin yanvarında ABŞ-ın yeni prezidenti kimi keçirilən inauqurasiuyasına da dəvət alıb.

 

Modern.az saytı məsələ ilə bağlı “Palmali” Şirkətlər Qrupunun Bakı nümayəndəliyinin mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxlayıb. O, saytımıza açıqlamasında yayılan xəbərlərə aydınlıq gətirib.

 

“Qısaca olaraq onu deyə bilərəm ki, Mübariz Məsimovun özü açıqlamalarının birində Donald Tramp prezident seçilməzdən öncə onunla dostluq əlaqələrinin olduğunu və bəzi biznes layihələrdə birgə iştirakını vurğulayıb. Ancaq hazırda dostluq əlaqələri qalsa da, Tramp prezident seçildikdən sonra biznes fəaliyyətini davam etdirmədiyi üçün bu haqda danışmaq yersiz olardı”.

 

Tanınmış iş adamının Türkiyə prezidenti Ərdoğanla biznes əlaqələrinə gəlincə, Hüseyn Cəbrayıloğlu  bunun əsassız olduğunu bildirib.

 

“Rəcəb Tayib Ərdoğana gəldikdə isə Mübariz Mənsimov Türkiyədə prezident və baş nazir səviyyəsində tanınan, hörmət olunan iş adamıdır. Yenə də Mübariz bəyin öz açıqlamasına istinadən deyim ki, onların birgə heç bir biznes ortaqlığı yoxdur”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.