"Acuna mən ərə gedəcəyəm, sən isə..." - Şeymaya sərt sözlər
TV8-in sahibi Acun İlıcalı sevgilisi və qızının anası Şeyma Subaşı ilə evliliyə hazırlaşır.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, sentyabrda toyları olacaq cütlük sosial mediada bununla bağlı təbriklərlə yanaşı tənqidlərlə də üzləşirlər.
Bugünlərdə Şeymanın izləyicilərindən biri ona "Acuna mən ərə gedəcəyəm, sən isə ömür boyu övladına dayəlik edəcəksən" yazıb.
Şeyma bunu paylaşaraq "Vallah sizin kimi insanları görüncə acıyıram, paylaşdığına baxmayın" şəklində şərh edib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.