banner
banner

Şou

“Namusla gəlin köçmək gözəl hissdir” - Günel

“Namusla gəlin köçmək gözəl hissdir”

Günel Zeynalova “Starlife”da toy hazırlıqlarından danışıb.


CİA.Az gecce.az-a istinadən xəbər verir ki, uzun müddətdir ki, nişanlı qalan Günelin ayrıldığı barədə şaiyələr yayılıb. Etdiyi açıqlaması ilə bu dedi-qoduların qarşısını almağa çalışan ifaçı, toy planlarından söhbət açmağı unutmayıb.

“Deyirlər ki, bu qədər nişanlı qalmaq olar? Təbii ki, olmaz. Bəzi işlərimiz vardı. Bunları yerbəyer etmək lazım idi. Hop deyən kimi toy olmur ki? Toy etmək üçün uzun müddət lazımdır. Amma hər şey yolundadır. Allah qismət eləsin. İnşallah”.

Toyun tarixi yaxınlaşan Azəri qızı adət-ənənəyə uyğun olaraq, indidən cehiz alış-verişinə də çıxıb. Toyunda açıq geyinmək istəməyən sənətçi gəlinlik seçimində hələ də tərəddüd etdiyini söyləyib.

“Cehizlər yığılıb. Heç qoymağa yer tapa bilmirəm. Namus-qeyrətlə gəlin köçmək gözəl bir hissdir. Bu mənim üçün çox önəmlidir. İnşallah Allah o şəkildə evimdən çıxmağı nəsib etsin. Bir xanım öz dəyərini çox yaxşı bilməlidir.

Gəlin donumu tikdirmək istəyirəm. Sadə bir şey axtarıram. Çox daş-qaş olmayacaq. Baxdıqlarım ya çox açıqdırlar, ya da çox bağlı. Orta səviyyədə bir şey istəyirəm. Toyda iki paltar geyinəcəm. Yəqin ki, birini tikdirəcəm, birini alacam”.

Qeyd edək ki,Günel Zeynalova Türkiyə vətəndaşı İnanc Başəyməzlə üç ildir nişanlıdır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.