Müğənni Selena Qomez sevgilisi "The Weeknd" (Abel Tesfaye) ilə romantik şam yeməyi yeyiblər. Cütlük Nyu-Yorkda yerləşən italyan restoranından çıxarkən paparazzilərə tuş gəlib. Selena libası ilə göz oxşayıb. O, gecəyə xüsusi hazırlaşsa da, sevgilisi həmişə kimi cins şalvar və idman ayaqqabısında olub. Qomez yeməyə getməmişdən öncə çəkilmiş fotolarını İnstaqram səhifəsində izləyiciləri ilə bölüşüb. Hər kəs onun gözəl göründüyünü qeyd edib. Xatırladaq ki, bir müddət əvvəl S.Qomez Abeli çox sevdiyini və avqustda onunla nikah masasına oturacağını bildirib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.