Selena Qomez bir gündə 6 geyim dəyişdirdi - fotolar
Müğənni Selena Qomez ötən gün Nyu-Yorkda müxtəlif saatlarda paparazzilərə tuş gəlib. İFAcının gün ərzində 6 geyim dəyişməsi diqqət çəkib. Belə ki, səhər səs yazma studiyasına gedən sənətçi narıncı libasda olub. O, sinə dekolteli libası ilə göz oxşayıb. Daha sonra küçədə gəzərkən kameralara tuş gələn Selenaın ətnində mavi rəngli qısa don olub. Günorta radələrində dəvət olunduğu tədbirə isə Qomez ağ kofta və üzərinə qara libas geyinib. Sonradan küçədə çəhrayı rəngli kombinizonda görünən müğənni axşam tədbirində də ağ-qara libasa üstünlük verib. Nəhayət gecə sevgilisi "The Weeknd" ilə şam yeməyinə çıxan Selena yenə geyimini dəyişmək və daha romantic olmaq qərarına gəlib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.