banner
banner

Şou

Hyustonun qızı xəstəxanaya yerləşdirildi

Hyustonun qızı xəstəxanaya yerləşdirildi

Amerikanın məşhur müğənnisi və aktrisası Uitni Hyustonun 21 yaşlı qızı Bobbi Kristina Braun şənbə günü Atlanta (Corciya ştatı) xəstəxanasına çatdırılıb.

 

KİV-in məlumatına görə, qızın əri Nik Qordon ailəsvi dostu ilə birgə Bobbi Kristinanı vanna otağında huşsuz vəziyyətdə tapıblar.

 

Oxu.Az TASS-a istinadən xəbər verir ki, hadisə yerinə gələn həkimlər qızı reanimasiya edə bilib. Hadisənin səbəbləri hələ məlum deyil. Bobbi Kristina Braun qaradərili musiqiçi Bobbi Braun və Uitni Hyustonun qızıdır. Uitni Hyuston 2012-ci ilin fevralında narotiklərdən artıq istifadə etdiyinə görə dünyasını dəyişib. Bobbi anasının ölümündən böyük sarsıntı keçirirdi və əsəb pozuntusu ilə iki dəfə xəstəxanaya düşüb. Onun qohumları qızın anasının taleyini təkrar edə biləcəyi ilə bağlı narahatlıqlarını bildirmişdilər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.