ADİU-nun müəllimi Zigen Universitetində dərs deyəcək
Fevralın 2-dən başlayaraq Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) müəllimi Anar Rzayev Almaniyanın Zigen Universitetində (Universität Siegen) “Beynəlxalq nəqliyyat əməliyyatları” fənnini tədris edəcək.
Universitetin Marketinq və Kommunikasiya Departamentindən APA-ya verilən məlumata görə, ADİU-nun 5, Zigen Universitetinin isə 13 tələbəsinin iştirak etdiyi intensiv tədris kursunda azərbaycanlı müəllimin tədris edəcəyi fənni tələbələr özü seçib.
Dərslər ingilis dilində keçiriləcək və fevralın 6-dək davam edəcək. Həmçinin tədris prosesinin bir hissəsi kimi alman şirkətlərinə səfərlər də təşkil olunacaq.
Dərsləri uğurla bitirən alman və azərbaycanlı tələbələrə ADİU-nun kreditləri veriləcək, sertifikatlar təqdim olunacaq.
Qeyd edək ki, A.Rzayev Xəzər Universitetin Beynəlxalq münasibətlər və hüquq elmləri fakültəsini fərqlənmə diplomu ilə bitirib. Nyu-Yorkun Sirakuz Universitetində təhsil alıb və orada “Dekanın şərəf siyahısı”na daxil edilib. Magistr dərəcəsini isə fərqlənmə diplomu ilə ADİU-da alıb. ADİU-nun İngilis Dilində Tədris Mərkəzinin direktoru, iqtisad üzrə fəlsəfə doktorudur. Azərbaycan, rus, ingilis və fars dillərini bilir.
ADİU Zigen Universiteti ilə uzun illərdir əməkdaşlıq çərçivəsində tələbə mübadiləsi həyata keçirir, birgə yay və qış məktəbləri təşkil olunur.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.