Mustafa Ceceli ailəsi ilə elçiliyə getdi - fotolar
9 illik həyat yoldaşı və uşaqlarının anası Sinem Gedikdən boşanan müğənni Mustafa Ceceli ikinci dəfə evlənir.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Selin İmerə olan sevgisini elan edən sənətçi bu münasibəti rəsmiləşdirməyə tələsir. O, iki gün öncə ailəsi ilə birlikdə Selinin evinə elçiliyə gedib.
Qız istəmə mərasimindən sonra ailəsi ilə görünən Mustafa fotoqrafları görüncə özünü itirib. O, dərhal avtomobilinə minərək uzaqlaşıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.