banner
banner

Sosİal

Universitetləri nə qədər tələbə bitirdi - RƏQƏMLƏR

Universitetləri nə qədər tələbə bitirdi -

Artıq 2016-2017-ci tədris ilinin başa çatması ilə əlaqədar Azərbaycanda fəaliyyət göstərən universitetlərdə məzun günü keçirilib.

Maraqlıdır, bu il universitetlərdən nə qədər tələbə məzun olub?

Məsələ ilə bağlı Modern.az saytı araşdırma aparıb.

Bakı Dövlət Universitetini (BDU) bu il dörd minədək tələbə bitirir, onlardan təxminən dörd yüzü fərqlənmə diplomuna layiq görülüb.

Azərbaycan Texniki Universitetindən (AzTU) bu il 1880 tələbə məzun olub. Onlardan 1568-i bakalavr, 160-ı magistrdir. 138 nəfər isə ötən tədris ilindən qalanlardır. Bakalavriat səviyyəsində məzun olanlardan 14-ü xarici ölkə vətəndaşıdır.

2016-2017-ci tədris ilində  Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) isə 4378 məzun bitirib. Onlardan 3199-u bakalavr, 1179-u isə magistrdir.

Bu il Azərbaycan Dövlət Pedoqoji Universitetini (ADPU) filialları və Azərbaycan Dövlət Pedaqoji Kolleci ilə birlikdə 4433 məzun bitirib. ADPU-da builki tədris ilində 25 ixtisas, 33 ixtisaslaşma üzrə 298 magistr olub.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) təhsil alan 1904 tələbə bu il məzun adını qazanıb. Məzunların 190-ı bakalavr və 168-i magistr universiteti fərqlənmə diplomu ilə bitirib.

2016-2017-ci  tədris ilində Azərbaycan Tibb Universitetinindən isə 1057 tələbə məzun olub. Bu il universitetin I müalicə-profilaktika fakültəsini 316, II müalicə-profilaktika fakültəsini 318, stomatologiya fakültəsini 126, tibbi profilaktika fakültəsini 77, əczaçılıq fakültəsini 104 məzun bitirib. Məzunlardan 70 nəfərə yaxını universiteti fərqlənmə diplomu ilə bitirib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.