banner
banner

Sosİal

Telefonla internetə daxil olanların sayı artıb

Telefonla internetə daxil olanların sayı artıb

Azərbaycanda internetdən istifadə etmək üçün mobil telefonlardan istifadə ilin əvvəli ilə müqayisədə 6 faizə qədər artıb.
Azərtac-ın xəbərinə görə, 2017-ci ilin yanvar ayında bu göstərici 53,58 faiz idisə, iyunda 59,51 faizə çatıb. Eyni zamanda internetdən istifadədə stolüstü kompyuterlər və noutbukların payı da 6 faizə qədər azalıb.

İlin əvvəlində stasionar kompyuterlərin payı 42,53 faiz olduğu halda, bu rəqəm iyunda 36,91 faizə enib. Ötən ilin ilk 6 ayı ilə müqayisədə mobil internet ölkədə 12 faizə qədər yüksəlib.

Azərbaycanda mobil telefonlardan istifadə payı dünya göstəricilərini 7 faizə qədər üstələyir. Belə ki, bu ilin birinci yarısına dünya üzrə mobil internetdən istifadə 53 faizə bərabər olub.

 Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.