banner
banner

Gündəm

Bu gün Cocuq Mərcanlıya köçürülmə başlayıb

Bu gün Cocuq Mərcanlıya köçürülmə başlayıb

Xəbər verdiyimiz kimi iyulun 3-də Cocuq Mərcanlıdan olan məcburi köçkünlərin doğma yurdlarına köçürülməsi ilə əlaqədar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yaradılmış komissiyanın iclası keçirilib.

Dövlət Komitəsi sədrinin müavini, komissiyasının sədri Gəray Fərhadov artıq köçürülmə ilə bağlı işlər başa çatdırıldığını və prosesin iyulun 4-dən start götürəcəyini açıqlayıb.

Cocuq Mərcanlı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Xanlar Zeynalov da Modern.az-aköçün bu gündən başlayacağını bildirib:

“Hələ ki gün yeni başlayır. Sakinlər “Dövlətqaçqınkom”dan xəbər gözləyir. Çünki dünən hər birinin əlaqə nömrələri götürüldü və rəsmilər onlara hər an zəng edə biləcəklərini bildirdilər”.

 

Kənd rəsmisi deyir ki, sakinlərin hamısı eyni gündə köçürülməyəcək:

“Köç mərhələli şəkildə icra olunacaq. Bildiyiniz kimi evlərin orderləri də  oktyabrda növbəti 100 ev hazır olanda özəlləşmədən sonra veriləcək”.

 

Qeyd edək ki, birinci mərhələdə kənddə 10 hektar ərazidə 50 fərdi evin və müvafiq infrastrukturun tikintisi aparılıb. Tikilmiş evlərə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən olan və əsasən Bakı şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürüləcək. Ümumi sahəsi 3850 kvadratmetr olan mənzillərin 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlıdır. Həmin evlərdə 50 ailə yaşayacaq.

 Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.