banner
banner

Gündəm

Azərbaycanlı iş adamının qızı İtaliyada evləndi - fotolar

Azərbaycanlı iş adamının qızı İtaliyada evləndi -

Azərbaycanlı iş adamı, “Butastone” şirkətinin sahibi Namiq Əsədovun qızının İtaliyada toyu olub.

Cia.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı Rubina Əsədova instagram hesabında fotolar paylaşıb.

Qeyd edək ki, Namiq Əsədov məşhur azərbaycanlı oliqarx, "PNN Group” şirkətinin rəhbəri Nizami Piriyevin qaynıdır. O, həmçinin Piriyevlərin “AzMeCo” şirkətinin və digər biznes qurumlarının direktorudur.

Rubina Əsədova və Nizami Piriyevin qızı Fərəh Piriyeva sosial şəbəkələrdə dəbdəbəli həyatları ilə bir müddət mətbuatın gündəmində olublar. Lakin Beynəlxalq Banka qaytarılmayan kreditlərlə bağlı qalmaqala N.Piriyevin də adı qarışdıqdan və bir müddət həbs həyatı yaşadıqdan sonra instagram hesablarındakı fəaliyyətlərini dayandırmışdılar.

 

 

 

 

 

 

 

 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.