banner
banner

Sosİal

İcra başçısının sabiq müavini istintaqa çağırıldı

İcra başçısının sabiq müavini istintaqa çağırıldı

Ötən həftə müəmmalı şəkildə işdən çıxarılan Goranboy rayon icra başçısının birinci müavini Baxış Abdullayev istefasından sonra təcili olaraq Bakıya çağırılıb. JAM.AZ-a verilən məlumata görə, Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə dəvət olunan sabiq müavinin orada bir neçə saat ifadə verdiyi vurğulanır.

Mənbə Baxış Abdullayevin konkret hansı ittiham üzrə dindirildiyini dəqiq bilməsə də, bunun rayonda baş verən son olaylarla bağlı ola biləcəyini istisna etməyib. Onun iddiasına görə, Baxış Abdullayevin adı Goranboy rayonunda baş vermiş son intihar olaylarından dolayı istintaqın diqqətinə düşüb. Amma bunun konkret olaraq hansı məqamlardan ibarət olduğu məlum deyil.

Bu əsnada onu da qeyd edək ki, Baxış Abdullayev bəzi mətbuat orqanlarında özü haqqında müsbət rəy yarada biləcək məlumatlar yaydırır. JAM.AZ xəbər verir ki, özünü «bacarıqlı kadr», «təmiz insan» kimi xarakterizə edən sözügedən şəxs bununla gözlədiyi təhlükənin qarşısını almaqla yanaşı, həm də ətrafındakı insanların ondan üz döndərməməsi niyyəti güdüblər.

Qarşı tərəfi də dinləməyə hazırıq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.