banner
banner

Sosİal

Gəncə Humanitar Kollecində rüşvət biabırçılığı - tələbə qiymət üzü görməyəcəyi ilə hədələnir

Gəncə Humanitar Kollecində rüşvət biabırçılığı

Azərbaycanın təhsil sisteminin dəhşətli durumda olduğu sirr deyil. Yeni təhsil nazirinin də durumu düzəltmək üçün əsaslı addım atmaması, daha ağır nəticələrə gətirib çıxarmaqdadır və bundan sonra da davam edərsə çıxaracaq.

JAM.AZ xəbər verir ki, acınacaqlı durumda olan Gəncə Humanitar Kollecində biabırçı durumlar yaşanır. Bir qrup tələbənin göndərdiyi məlumatda vurğulanır ki, sözügedən təhsil ocağı bazara çevrilib. Belə ki, onlardan hər imtahan öncəsi müəyyən qədər pul alınır və qiymət yazılır. Əks təqdirdə, tələbə qiymət üzü görməyəcəyi ilə hədələnir.

Bu əsnada tələbələr onu da bildiriblər ki, direktor təkcə imtahanlara görə deyil, təmir və digər işlər üçün də tələbələdən pul yığıdırır.

Qarşı tərəfi də dinləməyə hazırıq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.