Türkiyəli müğənni Gülben Ergenin həyat yoldaşı Erhan Çeliklə getdiyi Misirdən paylaşdığı bir foto izləyiciləri qəzəbləndirib.
Axşam.az-ın xarici mediaya istinadən xəbərinə görə, Misirdə bir kitabxananı ziyarət edən müğənni üzərində Mustafa kamal Atatürkün fotosu olan bir kitab şəkli paylaşaraq yazıb:
"Türkiyə ilə münasibətlərinin necə olmasının fərqi yoxdur. Mustafa Kamal həmişə var, olacaq. Əsrlər boyu".
Kitabın adınının "Tarixin fitnələri" olması müğənninin bəzi izləyiciləri tərəfindən etirazla qarşılanıb. Onlar fotonun silinməsini tələb ediblər. G.Ergen isə tənqid edənlərə sərt cavab verərək, onu bezidrənləri sildiyini açıqlayıb.
"Bunlar mənim yaşam fəlsəfəmin, inanclarımın, zövqlərimin, tənqidlərimin, həyatımın bir parçasldlr. İzləyən milyonlarla insanın bəzən lazımlı, bəzən lazımsız tənqidləri çox olanda onları oxumağım qeyri-mümkündür. Sizin sözünüzə görə deyil, bəyəndiyim üçün paylaşıram. Xəbərdarlıqlarınızı ciddiyə alıram, amma öz sürtgəcimdən keçirdikdən sonra...".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.