Ermənilərin Laçını məskunlaşdırma siyasəti puça çıxdı - FAKTLAR
Ermənistan rəhbərliyi Laçını işğal etdikdən sonra starteji önəmə malik bu ərazilərin kütləvi məskunlaşdırılmasına başlayıb. Lakin 20 ildən artıq davam edən məskunlaşdırma planı əks-effekt verməyə başlayıb.
1992-ci ilin mayında işğalçıların nəzarətinə keçən rayona Ermənistandan 2500-dən artıq insan köçmüşdü. Lakin onların yarıdan çox müxtəlif illərdə Laçını tərk etmişdilər.
Yolların dağılması, evlər də daxil olmaqla bütün infrastruktur obyektlərinin müharibə nəticəsində dağılması, iş yerlərinin olmaması və Azərbaycanla müharibə vəziyyəti Yerevan rəhbərliyinin bu önəmli ərazini məskunlaşdırmasına mane olub.
Erməni jurnalistləri (Hetq.am, "Qrapark") ötən ilin aprelindəki döyüşlərdən sonra Laçından köçün xüsusən sürətləndiyini və sakinlərin Ermənistanın Syunik vilayətinə, Yerevana yaxud Rusiyaya axın etdiyini yazır.
Hətta Suriyadakı müharibə səbəbindən Ermənistana qaçan suriyalı ermənilərin də məqsədli şəkildə Laçın, Zəngilan və Kəlbəcər rayonlarının ərazisində məskunlaşdırılması da nəticə verməyib. Belə ki, Qarabağa köçürülən 200-dən artıq ailədən yalnız 63-ü işğal altındakı torpaqlarda yaşamağa razı olub. Əksəriyyət ailələr isə Yerevana geri dönmüş, yaxud Avropa ölkələrinə üz tutmuşlar.
Görünən odur ki, diasporun da ciddi maliyyə dəstəyinə baxmayaraq, Yerevanın Lçaındakı süni məskunlaşdırma siyasəti fiaskoya uğrayıb və aprel döyüşlərindən sonra dəyişən hərbi-siyasi reallıqda heç bir perspektiv vəd etmir.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.