banner
banner

Şou

"Atamın soyadını daşımaq istərdim" - İbrahimin qızı

"Atamın soyadını daşımaq istərdim" - İbrahimin qızı

Müğənni ibrahim Tatlısesin qızı Dilan Çıtak ötən gecə çıxış etdiyi restoranlardan birindən çıxarkən görüntülənib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, çıxışda ifaçı jurnalistlərin suallarını da cavablandırıb. O, “Atanız İbrahimin soyadını götürmək istədinizmi” sualına Dilan belə cavab verib:

“Məni bu yaşıma qədər böyüdən atamın soyadından heç vaxt imtina etməmişəm. Ancaq Tatlıses adını daşımaq, onun nemətlərindən faydalanmaq istəyirəm. Tatlıses soyadını daşımaq qürur verici bir hissdir. Övladı olaraq, əlbəttə, onun soyadını istərdim”.
Daha sonra Çıtakdan toyu barədə soruşulub. O, toyunun gələn il olacağını söyləyib.
Sənətçi restorandan nişanlısı Levent Dörtel və anası İşıl Çıtakla birgə çıxıb. Kameralar onun nişanlısını çəkə bilsə də, amma anasını lentə almaq mümkün olmayıb. 
İşıl üzünü gizlədərək “Mən məşhur deyiləm, iş adamıyam, məni çəkməyin” deyib. 








Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.