banner
banner

Sosİal

Azərbaycanda abortların sayı artır

Azərbaycanda abortların sayı artır

Azərbaycanda abort edən qadınların sayı artıb. Modern.az "Trend"ə istinadən xəbər verir ki, məlumatına görə, 2016-cı ildə Azərbaycanda 34569 abort edilib. 2015-ci ildə abortların sayı 27 452, 2014-cü ildə 27 220, 2013-cü ildə isə 27892 olub.

2013-cü ildə ölkədə 15-49 yaşlı hər 1000 qadından 10,4-ü, 2014-cü ildə 10,1-i, 2015-ci ildə 10,3-ü abort etdiyi halda, 2016-cı ildə hər 1000 qadına düşən abortların sayı artaraq 13-ə yüksəlib.

Ötən il edilən abortların 20323-ü 15-29 yaşlı qadınlaırn payına düşür.

İllər üzrə müqayisə etdikdə 20 yaşa qədər olan qadınlar arasında abort sayı azalsa da, 20-24 və 25-29 yaş qrupu üzrə abort edənlərin sayı artıb.

Keçən il 15-17 yaşlı qadınlar tərəfindən 19 (2015-ci ildə 50), 18-19 yaşlı qadınlar tərəfindən 1242 (2015-ci ildə 1425), 20-24 yaşlı qadınlar tərəfindən 7773 (2015-ci ildə 5983), 25-29 yaşlı qadınlar tərəfindən 11289 (2015-ci ildə 8573) abort edilib.

2016-cı ildə ölkədəki 15-29 yaşlı qadınların hər 1000 nəfərindən 16,8-si abort edib. Bu rəqəm də əvvəlki illərə nisbətən yüksəkdir. Belə ki, 2013-cü ildə hər 1000 qadına düşən abortların sayı 12,2, 2014-cü ildə 12, 2015-ci ildə 12,9 olub.

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.