Aktrisa Cennifer Eniston həyat yoldaşı, aktyor və ssenarist Castin Terunun ona xəyanət etdiyini düşünür.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 48 yaşlı Cennifer ərinin onu aktrisa Mila Kunislə aldatdığını fikirləşir.
Cütlüyə yaxın mənbə bildirir ki, 45 yaşlı Castin və Mila həqiqətən son zamanlar birlikdə çoxlu vaxt keçirirlər. Onlar yeni filmə çəkilməyə hazırlaşırlar. Terunun və Kunisin görüşlərinin iş və ya şəxsi həyatla bağlı olduğu isə məlum deyil.
Qeyd edək ki, bundan əvvəl də Eniston ərinin onu aktrisa Emili Mid ilə aldatdığını vurğulamışdı. O, Castinin Emili ilə intim mesajlarını da tutmuşdu.
Xatırladaq ki, C.Eniston və C.Terunun gələn ay evliliklərinin iki illiyi olacaq. Aktrisa Mila Kunis isə aktyor Eştin Kaçerlə evlidir. Cütlüyün iki övladı var.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.