banner
banner

Gündəm

Zəhra qətlə yetirilən yerdə abidə qoyulsun! - TƏKLİF

Zəhra qətlə yetirilən yerdə abidə qoyulsun!

1994-cü ildən atəşkəs rejimi elan olunmasına baxmayaraq, ermənilərin Azərbaycanda uşaqları qətlə yetirilməsi faktları qeydə alınmaqda davam edir. Ötən dövrdə 32 uşaq erməni terrorunun qurbanı olub. Onlardan 13-ü həlak olub, 19-u isə müxtəlif dərəcəli xəsarətlər alıb. 
Bu il iyulun 4-də həmin uşaqların sırasına daha biri əlavə olundu. Həmin gün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin mülki əhalisini atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Sahibə Quliyeva və onun 18 aylıq nəvəsi Zəhra Quliyeva qətlə yetirildi.

Avqustun 13-də balaca Zəhra və nənəsi Sahibə Quliyevanın 40 mərasimi keçiriləcək.


Modern.az saytı 2 yaşlı Zəhranın qətlə yetirildiyi yerdə həmin günün dəhşətini əks etdirən simvolik bir abidənun qoyulmasını təklif edir. Qoy, Azərbaycana gələn xarici qonaqlar, bütün beynəlxalq təşkilatların nümayəndələri körpə Zəhra və onun timsalında uşaq qətliamından xəbərdar olsunlar. Dünya ictimaiyyəti Azərbaycanda neçə-neçə uşağın qanına qəltan edildiyi barədə məlumatlansın.

Füzuli rayon İcra Hakimiyyətindən də bu təklifimizə biganə qalmamağı xahiş edirik...



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.