banner
banner

Sosİal

Avqustda Ay və Günəş tutulmaları baş verəcək

Avqustda Ay və Günəş tutulmaları baş verəcək

Gələn ay bu ilin növbəti Ay və Günəş tutulmaları baş verəcək.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov APA-ya bildirib ki, cari ilin ikinci Ay tutulması avqustun 7-də olacaq. Onun sözlərinə görə, proses saat 21:22-də başlayacaq, saat 22:20-da maksimumda olacaq, saat 23:18-də başa çatacaq: “Proses Avropa, Asiya, Afrika, Avstraliya, Antarktida, Rusiyanın böyük hissəsində müşahidə ediləcək. Bu hadisə Azərbaycandan da müşahidə olunacaq. Belə ki, günbatandan sonra Ay tutulmasının bir hissəsini görmək mümkün olacaq”.
X. Mikayılov qeyd edib ki, bu ilin ikinci Günəş tutulması avqustun 21-də baş verəcək. O bildirib ki, Bakı vaxtı ilə saat 19:47-də başlayacaq proses saat 22:26-da maksimumda olacaq, saat 01:04-də isə sona çatacaq: “Azərbaycanda bu prosesi müşahidə etmək mümkün olmayacaq. Tutulma Kanada, Cənubi Amerikanın şimalında, Sakit və Atlantik okeanlarında və ABŞ-da müşahidə ediləcək”.
Qeyd edək ki, 2017-ci ildə ilk Ay tutulması fevralın 11-də, Günəş tutulması isə fevralın 26-da baş verib.

 Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.