Cennifer Lopezlə sevgilisinin ad günü əyləncəsi davam edir - foto
48 yaşlı dünya ulduzu Cennifer Lopez 42 yaşlı beyzbolçu sevgilisi Aleks Rodriqesin ad gününü qeyd etməyə davam edir. Cütlük Nyu-Yorkda restoranlardan birindən çıxarkən görüntülənib. Gecə üçün səbəbkar açıq-mavi kostyum geyinib. Cey Lo isə bej rəngli kofta, haki rəngli şalvar, ağ kardiqan geyinib və “Birkin”dən dəri çanta götürüb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.