Yeni serialdan alacağı məbləğlə ayda 4 ev ala bilər
Aktrisa Beren Saat yeni mövsümdə "Gazino" serialı ilə ekranlara geri dönəcək. Aktrisa artıq serialı çəkən "Q3 Medya" şirkəti ilə müqavilə də bağlayıb. Berenin hər bölüm üçün 120 min lira (təxminən 58 min AZN) alacağı bildirilir. Bununla da, Saat serialdan hər ay 480 min lira (təxminən 230 min AZN) gəlir əldə edəcək. Məlumata əsasən, bu pulla Türkiyədə 4 ev almaq mümkündür.
Serialda aktrisanın tərəf müqabilinin kim olacağı hələ ki, bilinmir. Şirkətin aktyor Barış Aduçla razılığa gəldiyi vurğulanır.
Ekran işində aktisa Merve Boluğurun da iştirak edəcəyi söylənilir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.