"Çocuklar Duymasın" serialının yeni seriyasındakı səhnələrdən biri qalmaqala səbəb olub. Br səhnədə ekranda terror qruplaşması olduğu iddia edilən FETÖ-ya aid kitab görünüb. Sosial media istifadəçiləri bunu diqqətdən qaçırmayaraq tənqidə başlayıblar. Serialın ssenari müəllifi və prodüseri Birol Güven bununla bağlı açıqlama yayıb: "...Həmin kitabla bağlı olaraq dekorasiya və aksesuarlardan məsuliyyətli olan sənət rejissorumuzun ifadəsi alınıb. O, "kitabı oxumadığını, içərisindən xəbəri olmadığını, tamamilə aksesuar məqsədlə istifadə etdiyini, xəbərlər yayıldıqdan sonra bu barədə məlumat aldığını və çox kədərləndiyini bildirib. Eyni kədəri prodüser olaraq mən və bütün "Çocuklar duymasın" heyətinin yaşadığını xüsusilə bildirmək istəyirik və hamımızn diqqətindən qaçan bu xoşagəlməz hadisəyə görə bütün heyıtimiz adına başda şəhid ailələri olmaq üzərə hər kəsən üzr istəyirik".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.