Karyerasında ilk dəfə ingiliscə sinql çıxarmağa hazırlaşan müğənni Ziynet Sali İstanbulda ticarət mərkəzlərindən birində görüntülənib. İfaçı kameralara qaradərili bir oğlanla düşüb. Hər kəs onların dost olduğunu düşündüyü halda, Ziynətin oğlana sarılaraq öpüşməyi cütlüyün sevgili olmasını sübut edib.
Qeyd edək ki, bir müddət əvvəl verdiyi müsahibədə 42 yaşlı sənətçi “Artıq evlənib, ailəm olsun istəyirəm” demişdi. Sali sonuncu dəfə 2013-cü ildə futbolçu Hamit Altıntopla uzun müddət sevgili olub.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.