Cansu Dere ilə baş rolları canlandırdığı "Sıla" serialıyla (2006-2008) məşhurlaşan Mehmet Akif Alakurtun yeni fotosu yayılıb. Səkli görənlər Mehmeti tanımaqda çətinlik çəkiblər. Belə ki, kökəlmiş, saçları seyrəlmiş, üzü tüklü 38 yaşlı aktyorun əvvəlki görkəmindən əsər-əlamət belə qalmayıb.
Qeyd edək ki, ötən il aktyor Kuzey Vargının qızı Tuğçe Vargın ilə münasibətini gözlənilməz bir qərarla bitirən M.A.Alakurt son olaraq "Fatih" serialıyla tamaşaçı qarşısına çıxıb. O, bundan sonra bir də ekranlarda görünməyəcəyini açıqlayaraq aktyorluqdan uzaqlaşdığını bildirib. Akif Braziliyada bir ferma alaraq orada yaşamağa başlayıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.