Ermənistan Ordusunda işgəncə FAKTLARI - Əsgər valideynləri hədələnir
Ermənistan ordusunda qeydə alınan sayca ən çox hadisələrdən biri də hərbi qulluqçular arasında nizamnamədən kənar münasibətlər zəminində baş verən cinayət hallarıdır.
Belə insidentlər zamanı xəsarət alan hərbi qulluqçuların valideynlərinin Ermənistan Müdafiə Nazirliyinə dəfələrlə müraciət etmələrinə baxmayaraq, hadisələrin qarşısını almaq mümkün olmur.
Bu günlərdə Ağdərədə yerləşən işğalçı ordunun hərbi hissələrindən birində iki hərbçi arasında mübahisə baş verib. Təhqirlərə və fiziki təzyiqlərə dözməyən Qalustyan soyadlı əsgər gecə saatlarında, şəxsi heyət istirahət edən vaxt, qaynar suyu yatdığı yerdə onu incidən digər əsgərin üzərinə töküb. Hələlik adı gizlədilən həmin hərbçi baş-boyun hissəsindən müxtəlif dərəcəli ağır yanıqlar aldığından təcili hospitala yerləşdirilib.
Son günlər nizamnamədən kənar münasibətlər zəminində baş verən növbəti hadisə zamanı bir neçə erməni hərbçisi müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xankəndindəki hərbi hospitala yerləşdirilib.
Belə ki, Madagizdə yerləşən hərbi hissələrdən birində xidmət edən iki zabit həddən artıq spirtli içki qəbul edəndən sonra heç bir əsas olmadan əsgərləri döyməyə başlayıb. Hadisə zamanı fiziki təzyiqlərə məruz qalan Razmik Poqosyan, Armen Yeğizaryan, Mxitar Hayriyan, Samvel Manukyan, Karapet Torosyan adlı gənc əsgərlər ifadə vermək üçün Xankəndindəki baş hərbi istintaq idarəsinə aparılıblar.
Daha bir hadisə zamanı “Qalx!” komandasını yerinə yetirməkdən imtina edən Yervand Qasparyan adlı əsgərin Suvaryan soyadlı manqa komandiri tərəfindən döyülməsi olub. Uşaqlarına qarşı bu cür münasibətdən hiddətlənən valideynləri komandanlığa şikayət ediblər. Lakin yerli komandirlərin hədə-qorxularından sonra əsgərin valideynləri gələcəkdə də övladlarına qarşı bu cür qəddarlığın baş verə biləcəyindən ehtiyat edərək şikayətlərini geri götürmək məcburiyyətində qalıblar.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.